Diktatorların vətəni olmur

Azər Rəşidoğlu, 04/07/08

20-ci əsr bəşəriyyətə bir çox diktatorlar bəxş edib. Qəddar olduqları qədər də qorxaq olan bu insanların hamısının taleyi acı sonluqla başa catıb. Saysız- hesabsız qanlar tökən
bu canilər sonda ya qətlə yetirilib, ya intihar edib, ya da ömrünü mühacirətdə başa vurmalı olub. Təbii, həyatda olan tiranları da digər despotların taleyi gözləyir.

İnsan haqlarına düşmən kəsilən tiranlar Allah və tarix qarşısında gec- tez cavab verməli olublar.

20-ci əsrin məhşur diktatorlarının  bəzilərinin taleyinə bir daha nəzər salaq.

Adolf Hitler (1889-1945) . 1921 – ci ildən 1945- ci ilədək Alman Milli Sosialist Partiyasının füreri (rəhbəri) olub. 1933 - cü ildən Almaniyanın reyxskansleri, 1934-cü ildən
Reyxsprezident və ali baş komandan olub. Almaniyada tiranlıq edən Hitler bənzərsiz diktator olmasına baxmayaraq, 30 aprel 1945- ci ildə məğlubiyyətini dərk edərək,
intihar edib, onun cəsədi benzin tökülərək yandırılıb.

İosif Stalin (1879-1953). 1922-1953- cü illər ərzində Kommunist bolşeviklər partiyasının lideri, SSRİ – nin rəhəri olub. Qeneralissimus rütbəsinə yiyələnib.
5 mart 1953- cü ildə dünyasını dəyişib. Bəzi məlumatlara görə, Stalin qəddar cəlladı Beriya tərəfindən zəhərlənib. Qaniçən diktator sonda məğlubiyyətini anlayıb, aciz olduğunu dərk edib və həyatla vidalaşıb.

Benuto Mussolini (1883-1945). İtaliya faşist partiyasının şəriksiz lideri olan “duçe” 1923-1945- ci illər ərzində ölkə əhalisinə və bəşəriyyətə qarşı amansız cinayətlər törədib.
25 iyul 1945-ci ildə öz iqamətgahı qarşısında həbs edilib və bir adaya sürgün olunub. Diktator öz məşuqəsi ilə birlikdə edam olunub. Edamdan sonra tiranın meyidi də təhqir olunub, başı kəsilib.

General Franko (1892-1975). İspaniyanın hərbi diktatoru olan Franko Baamonde 1939-1973- cü illər ərzində qaniçənliyi ilə tanınıb. 1973- cü ildə dövlət başçısı postundan istefa versə də, orduya rəhbərliyi davam etdirib. Uzun müddət müalicə alan diktator 1975 – ci ildə ölüb.

Anastasio Qarsiya (1896- 1956). 1936 – 1956- cı illər ərzidə Nikaraquada rəhbər olub, 1950-1956- cı illərdə ölkəsində tam diktatura yaradıb. 29 sentyabr 1956- cı ildə sui-qəsd nəticəsində qətlə yetirilib. Diktatorun əyyaş və qumarbaz oğlu Luis Debayle prezidentliyə sahib çıxıb və atası kimi diktatura rejimini davam etdirib.

Antoniu Oliveyra Salazar (1893-1976). 1932-1970- ci illər ərzində Portuqaliyanın baş naziri olub. Konstitusiya dəyişiklikləri edən cəllad öz xalqına divan tutub. 1968- ci ildə diktatorun səhhəti pisləşib. Uzun müddət can verən tiran 27 iyul 1970- ci ildə həyatla vidalaşıb.

Mao Dzeun (1893-1960). Çin Xalq Respublikasının banisi, ölümündən sonra da ümummilli lider adlanmaqda davam edir. 1943 cü ildən ölümünə qədər ÇXR Kommunist partiyasının rəhbəri, 1954-1959- cu illər ərzində Çinin tam diktatoru olub. 1966-1976- cı illər ərzində “mədəni inqilab” adı altında həyata keçirdyi “islahat”ları ilə yüz minlərlə insanın qətlinə fərman verib. Diktator 9 sentyabr 1976- cı ildə  iki ağir infarktdan sonra ölüb.

Pol Pot (1925-1998) – Kampuçiyanın rəhbəri olan Pot 1967- ci ildə hakimiyyətə qarşı qiyam qaldırıb və 1975-ci ildə paytaxt Pnompeni ələ keçirib. Ziyalılara qarşı repressiyalar həyata keçirən diktator bütün ölkəni hərbi düşərgəyə çevirib. Milyonlarla insanı qətlə yetirən Pot Vyetnam hərbi qüvvələrinin qiyamı nəticəsində devrilib. 1983- cü ildə yenidən hakimiyyətə qayıdıb. Bu qayıdış xalqa baha başa gəlib. Qanlı cəllad 1986- cı ildə istefa verməli olub. Lakin 1997- ci ilədək hakimiyyətə təsir imkanlarını itirməyib. 1998 – ci ildə cəngəllikdə gizlənən tiran 15 aprel 1998 - ci ildə ölüb. Tiranın çəsədi yandırılıb.

Dada Ume İdi Amin (1928-2003). 1971-1979- cu illərdə Uqanda prezidenti olub. Afrikada ən sərt və amansız rejimin müəllifidr. Öncə general, sonra feld- marşal olan Amin 1979 -cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilib, bir çox ölkələrdə gızlənən diktator uzun müddət ağır xəstə olub. 16 avqust 2003 -cü ildə nəhayət ki, onun ölüm xəbəri rəsmən təsdiqlənib.

Auqusto Pinoçet
(1915-2006).  1974-1990 -cı illər ərzində Çili prezidenti olub. 1973-1974 -cü illərdə hərbi xuntaya rəhbərlik edib, qiyam nəticəsində hakimiyyətə gəlib və ölkədə diktatura rejimi yaradıb. Qısa bir zamanda siyasi rəqiblərini məhv edib. 3 min adam onun əmri ilə oğurlanıb və indiyədək itkin düşmüş kimi xarakterizə olunur.
1974 – cü ilə qədər Pinoçet hərbi xuntaya rəhbərlik edib, prezident kürsüsünə sahib çıxan general 1998 – ci ildə ali baş komandan postundan istefa verib və özünü ömürlük senator adlandırıb. 2002 -ci ildə diktator istefa verməyə məcbur olub. Ona qarşı kütləvi qətllər və adam oğurluğu maddələri ilə cinayət işi qaldırılıb. Lakin Çili məhkəməsi ağır xəstə olan keçmiş diktatora qarşı humanist olub və onu mühakimə etməkdən imtina edib. 10 dekabr 2006-cı ildə Pinoçet infarktdan vəfat edib. General qospitalda gözlərini yumub.

Səddam Hüseyn (1937-2006). 1979-2003- cü illər ərzində İrak prezidenti olub. “Bass” partiyasına rəhbərlik edən tiran marşal rütbəsinə sahib çıxıb.  Minlərlə  siyasi rəqibini qətlə yetirən Səddam şiələrə qarşı xüsusilə amansız olub. ABŞ və koalisiya qoşunlarının müdaxiləsi ilə hakimiyyətdən devrilib. 30 dekabr 2006 – cı ildə Ali tribunalın hökmü ilə edam olunub.

Menqustu Xayle Mariam (1937). 1974–cü ildə Efiopiya inqilabı  nəticəsində hakimiyyətə gəlib.
1987-ci ildən prezident olub. Efiopiyanı sosialist elan edən Menqustu SSRİ – nin yardımlarından da yararlana bilməyib və ölkə iqtisadiyyatını məhv edib. Aclıq, müharibə və məmur özbaşınalığından cana yığılan xalq nəhayət ki, Menqustunu devirib. 1991–ci ildə
Muqabeye mühacirət edən Menqustu barədə Efiopiya məhkəməsi 2006-cı ildə xalqına qarşı soyqırım siyasətinə görə qiyabi ölüm hökmü çıxarıb.

Göründüyü kimi, sivil ideologiyaya söykənməyən siyasi xadimlərin sonu acınacaqlı olur.
Bunu indi həyatda yaşayan diktatorlar da dərk etməlidirlər. Diktatorlar ayrı-ayrı ölkələrdə yaşasalar da, ayrı – ayrı ənənələri daşısalar da, onlar hamısı bir-birlərinə bənzəyir.

Demokratiyanın vətəni olmadığı kimi, diktatorların da vətəni olmur. Onları ancaq qaniçən və insanlığa nifrətlə dolu olan əməllərindən tanımaq olar.